Nazirlərin Cenevrə görüşü başladı - VİDEO

Nazirlərin Cenevrə görüşü başladı - VİDEO
E.Məmmədyarov-Z.Mnatsakanyan görüşündə həmsədrlər də iştirak edir

Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Xarici İşlər Nazirləri Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanmasını müzakirə edəcəklər.

Siyasi şərhçilər isə tərəflərin 2020-ci ildə ilk görüşündən heç də nikbin nəticə gözləmirlər.

Politoloq Fikrət Sadıxov bunu Ermənistanın tez-tez səsləndirdiyi ziddiyətli bəyanatlarla əsaslandırır.

Fikrət Sadıxov deyir ki, dünyanın aparıcı gücləri münaqişənin yalnız tərəflər arasındakı danışıqlar nəticəsində həll olunmasını diqtə etməkdə yanılırlar. Çünki danışıqlar prosesində geridə qoyulan müddət də bir daha isbatladı ki, Ermənistan ümumiyyətlə sülhə hazır deyil:

Qeyd edək ki, ötən gün Elmar Məmmədyarov bu gün isə Zöhrab Mnatsakanyan Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən