ABŞ-dan Afrinlə bağlı xəbərdarlıq

ABŞ-dan Afrinlə bağlı xəbərdarlıq
Terrorçular geri çəkilməsələr Amerikanın dəstəyindən məhrum olacaqlar

ABŞ PYD/YPG terror təşkilatına xəbərdarlıq edib.

Bu barədə Pentaqon bəyanat yayıb. Vaşinqton terrorçulara  Suriyanın Afrin bölgəsinə doğru hərəkət etməməyi məsləhət görüb. Bəyanatda qeyd olunur ki, əgər bu xəbərdarlığa əməl edilməsə, ABŞ terrorçulara dəstəyini kəsəcək.

"Suriyanın şimal-şərqindəki PYD/YPG yaraqlıları Afrinə doğru hərəkət edəcəkləri təqdirdə ABŞ-ın dəstəyini itirəcəklər", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Əməliyyat zamanı Türkiyə 3 şəhid verib.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər