Ərdoğanla Tramp görüşəcək

Ərdoğanla Tramp görüşəcək
Mövlud Çavuşoğlu Parisdə Reks Tillerson ilə görüşüb

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Parisdə ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşüb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Verilən məlumata görə, görüş zamanı iki ölkə bölgədəki vəziyyətlə bağlı müzakirə aparıb. Söhbət əsnasında kimyəvi silahdan istifadə etməmək və digər məsələlər, eləcə də terrorla mübarizə müzakirə edilib.

Danışıq əsnasında Mövlud Çavuşoğlu ABŞ-dan YPG kürd terrorçularına dəstək verməməyi xahiş edib: “Əgər ABŞ Türkiyəni özünə müttəfiq sayırsa, onun istəklərini nəzərə almalıdır. Amerika terrorçulara yardımı dayandırmalıdır. Əgər Suriyada birgə əməkdaşlığı davam etdirmək istəyirsinizsə, terrorçulara yardımı dayandırın”.

Danışıq ərəfəsində iki ölkə liderinin çarşənbə günü görüşəcəkləri barədə razılıq əldə olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər