Məşhur ingilis yazıçı Çarlz Dikkensə aid əşyalar tapılıb

Məşhur ingilis yazıçı Çarlz Dikkensə aid əşyalar tapılıb

İngilis ədəbiyyatının məşhur nümayəndəsi Çarlz Dikkensə aid olan itirilmiş portret, “Devid Kopperfild” əsərinin əl ilə yazılmış nüsxəsi və 25 məktub tapılıb.

İtirilmiş portret, əlyazma və 25 nəşr olunmamış məktub xüsusi kolleksiyaçıdan 1,8 milyon funt sterlinqə satın alınıb.

Tapılan məktublar yazıçının “Milad nəğməsi” əsəri də daxil olmaqla digər romanlarının üzərində işləyən zamankı düşüncələrini əhatə edir.

Əşyalar il ərzində Çarlz Dikkens Muzeyində sərgilənəcəkdir .

Muzeyin direktoru Dikkensin ölümündən 150 il sonra incəsənət ocağına belə zəngin və vacib bir kolleksiyanın gəlməsinin çox xoş olduğunu deyib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə