Mir Şahinin vaxtı - VİDEO (08.02.2020)

Mir Şahinin vaxtı - VİDEO (08.02.2020)

Real Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdı. Fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçirildiyindən biz Sizinlə şənbə günü görüşməli oluruq. Çünki bazar günü bütünlüklə seçkilərə işləyəcəyik.

Adətən Parlament seçkiləri haqqında danışarkən belə bir sözdən də istifadə olunur. Məsələn, neçənci çağırış neçənci sessiya. Bu dəfə çağırışın başqa mənası var.

Azərbaycanda bu dəfəki çağırışı şəxsən mən dördüncü sənaye inqilabının çağırışı ilə əlaqələndirirəm. Yeni parlamentin ölkəni yeni dövrə, Davos standartlarına hazırlamağa qadir qanunlar qəbul etməyə imkanı və güçü çatmalıdır.

Prezident “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda həm iştirak etdi, həm də çıxış. Əlbəttə proseslərə adi, növbətçi gözlə baxanda belə bir cümlə ilə də kifayətlənmək olardı. Lap rəsmi təqdimatdakı kimi. “Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib!” Amma yalnız adi, növbətçi gözlə baxanda. Əslində isə. Əslində dövlətin həyatında son dərəcə ciddi bir hadisə baş verdi. Həm bu toplantı, həm Prezidentin çıxışı daha dərin mətləblərə və uzaq mənzilli hədəflərə işləyir. Prezidentin çıxışı yeni dövr üçün və yeni çağırışılar ərəfəsində birmənalı olaraq Dövlətin Müstəqilllik Platforması idi. Düzdü, son zamanlar İlham Əliyev demək olar ki, bir-birinin məntiqi davamı olan, biri digərindən doğan ardıcıl toplantılar keçirir və onların hər biri öz vaxtı, öz yaxın zamanı üçün ölkənin İnkişaf Platformasıının baza prinsiplərini təqdim edir. Amma fevral tezisləri həm miqyası, həm də təyinatına görə daha konseptual idi. Burda siyasi-iqtisadın bütün detalları işlənilməklə Azərbaycanın bütünlükdə gələcəyinin xəritəsi prezentasiya edilirdi. Prezidentin çıxışının əvvəlində verdiyi yığcam, amma hərtərəfli beynəlxalq təhlil bir yandan Azərbaycanın gərgin dünyadakı mötəbər yerini göstərdi. Amma eyni zamanda planetin qlobal pintiliyi, dünyanı bürüyən beynəlxalq qanunsuzluqlar fonunda bir kiçik respublikanın sabitlik və inkişaf reseptinə necə nail olduğunu nümayiş etdirdi. Bir az əvvələ qayıdaq. Neçə müddətdir ki, Real Təhlil və informasiya Mərkəzi də daxil olmaqla dünyanın irili-xırdalı bütün kütləvi informasiya vasitələri 4-cü sənaye inqilabının şərtlərindən, yeni şəraitin tələb və təkliflərindən bəhs edir. Dünyanın üzləşdiyi meqaproblemllər, demoqrafik basqılar, planetin bəşəri defisit təşkil edən ehtiyatlarının getdikcə tükənməkdə olması, yeni zaman üçün yeni beyinlərin yaradılması tək aktual vəzifələr, çağıırşlar obrazlı desək, Nuhun Gəmisi ərəfəsində yaşama şansını qorumaq kimi mühüm olmaq tək bir təbii bioloji var olmaq zərurətini labüd edir. Azərbaycanın bu günkü vəziyyəti və missiyası isə əhəmiyyətinə görə tarixidir. Prezidentin son müşavirəsinə də elə bu planetar mükəlləfiyyətdən baxacağıq. Dördüncü sənaye inqilabı heç də qaragüruhun ibtidai icma təfəkkürünün qanacağı məna deyil. Özü də qaragüruhun hansı smartfonla, hansı ayfonla, hansı noutbukla təsbeh çevirməsinə baxmayarq. Dəxli yoxdur. O qaragüruhdur və belə də qalacaq. Deməli, işlərimizin asan getdiyinə və ya gedəcəyinə sadədil, avamca inananları yenə də anlaya bilməyəcəyik, təəssüf.

Sonuncu müşavirəyə də elə burdan itələnərək gedək. Prezidentin istinad etdiyi rəqəmləri, faktları şəxsən mən İstiqlal Statistikası adlandırmaqdan çəkinməyəcəm. Müşavirədə səslənən rəqəmlər bütünlüklə onun sübutu idi ki, Azərbaycan hansı sahədə və nə qədər daha müstəqil olub.

“Yanvar ayını nəzərə alsaq, bizim valyuta ehtiyatlarımız artıq 52 milyard dollara çatıbdır, təkcə keçən ay ərzində 1 milyard dollar artmışdır. Bu, bizim strateji ehtiyatımızdır. Bu, bizim iqtisadi müstəqilliyimizi və böyük dərəcədə siyasi müstəqilliyimizi təmin edir. Azərbaycan bu gün dünyada sayı o qədər də çox olmayan o ölkələrdəndir ki, tam müstəqil siyasət aparır. Müstəqil siyasət aparmaq üçün bir çox amillər olmalıdır - ölkələrin ərazisi, onların potensialı, ümumi daxili məhsulu, hərbi qüdrəti və s. Biz bilirik ki, dünyada güc mərkəzləri hansı ölkələrdir. Əlbəttə, Azərbaycan öz həcminə və coğrafi ərazisinə görə böyük ölkələrlə rəqabət apara bilməz, belə fikri də yoxdur. Ancaq buna baxmayaraq, müstəqil siyasət aparmaq üçün bizdə kifayət qədər imkanlar var. Bunların başlıcası xalqın dəstəyidir, bizim siyasətimizə göstərilən dəstək və etimaddır. Əlbəttə ki, iqtisadi göstəricilərimiz, siyasi arenadakı fəaliyyətimiz bizim gücümüzü artırır və Azərbaycan ildən-ilə daha da güclənir və güclənəcəkdir”.

Və bütün mahiyyət bundan ibarətdir. Yəni ola bilsin ki, riyaziyyat, rəqəmlər, fakt sadalamaları hamı üçün deyil. Bəlkə də kimsə rəqəm sevən deyil ümumiyyətlə. Amma hamı üçün olan da, əminəm ki, hamının sevdiyi və ya sevməli olduğu da var. Azərbaycanın müstəqilliyi. Dövlətin müstəqilliyi. Azərbaycan ona görə inkişaf edir və etməlidir ki, böyüsün, güclənsin, beynəlxalq müqaviməti artsın, qarşısna qoyduğu məqsədə çatmağa iqtidarlı olsun. Güclü olmaq eyni zamanda həm də gələcəyə dövlət və millət halında gedə bilməyin əsas şərtidir. İlham Əliyev məhz bunu etməkdədir. Bir az da anlaşıqlı olsun deyə belə izah edim. Prezident ölkənin qazlaşdırılmasından danışır, yaxud su təminatından danışır. Anlamaq lazımdır ki, bu sadəcə statistika deyil. Bu o deməkdir ki, Azərbaycan vətəndaşının sudan, qazdan olan asılılığı daha yoxdur. Bu bir vətəndaşın öz məişətində, öz sobasında, oz qazanında hiss etdiyi müstəqillikdir. Prezident vətəndaşın işığa, primitiv dillə desək, toka, cərəyana olan tələbatının artıq tam ödəndiyini və ya demək olar ki, tam ödəndiyini deyirsə, deməli sıravi azərbaycanlı tok, işıq və cərəyan müstəqilliyinə nail olub. Əgər İlham Əliyev deyirsə ki, ötən yay çox quraq keçdi və tikib istifadəyə verilmiş su anbarlarımız hesabına vətəndaşımız su qıtlığını hiss etmədi, bu deyim belə qavranmalıdır: Bizim su sarıdan asılılığımız yoxdur. Biz gərək elə edək ki, vətəndaş 24 saat fasiləsiz su ala bilsin. Sitatın sonu. Amma sonumu? Yox, əziz tamaşaçılar. Azərbaycan hər addımda bulaq qaynayan şirin sular ölkəsi deyil. Bağışlayaq onları, amma etiraf edək ki, şairlər bizi aldadıb. Biz şirin su ehtiyatlarının həcminə görə nəinki dünyanın, elə MDB-nin də autsayderlərindənik. Və bu gün Prezident deyirsə ki, vətəndaş 24 saat fasiləsiz suyla təmin olunmalıdır, heç olmasa başa düşə bilirik bu nədir? Bu o deməkdir ki, hansısa Əhməd və ya Zeynəbin su asılılığı olmamalıdır. Bax bayaq mən ona görə deyirdim ki, bu müşavirə müstəqilliyin hesabatı idi. Daha doğrusu dövlət müstəqilliyi nədir? sualının rəqəmlər, dəlillər və faktlarla sadə camaatın dilinə tərcümə-cavabı idi. Prezident ölkənin yeri kimi göyünü də dövlət müstəqilliyi üçün zəruri atributa çevirməyə çalıışır. Ölkə kosmik klubun üzvü olması da istiqlala işləyir. Azərbaycan müstəqil dövlətdir!deməyi sevən obıvatellərin menyusu üçün maraqlı ola bilər. Bu dövlət 1992-ci ildə də müstəqil idi. 1993-cü ildə, məsələn, bax elə bu müsahibəni verən Elçibəy Prezident olanda da. Diqqətlə qulaq asın. Tarixi öyrənmək, bilmək lazımdır. İdeallaşdırmaq yox. Danışan Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəydir. Prezident Elçibəy. Söhbət Azərbaycan sərhədlərinin Rusiya Federasiyası ilə birgə qorunmasından gedir. Biz bu parçanı bir dəfə təqdim etmişdik. Amma düşünürəm ki, hər dəfə təqdim etmək lazımdır. Ona görə ki, Elçibəy yalnız Azərbaycana nə vaxtsa rəhbərlik etmiş dövlət başçısı deyil, bu gün bir sıra tərəfdarlarının adını bəzən hətta Məmməd əmin Rəsulzadənin qonşuluğunda çəkdikləri, ideya ünvanıdır. Onu, onun rəhbərlik etdiyi, dünyada olduğu sadəcə görməyənlər bilməlidirlər ki, biz hansı keçmişdən hansı gələcəyə gedirik və ya yerləşdiyimiz bu günkü gələcək hansı keçmiş ola bilərdi.

Bu günkü Azərbaycanla müqayisə edin. Özünüz. Real, gerçək müstəqillik yaşayan dövlətin dünyada çəkisi, rolu barədə düşünün və özünüzə hesabat verin. Və bizi o dövrdən çox az vaxt ayırır. Başqa şahidləri, o dövrü gözü ilə görmüş susqunları bilmirəm, amma mənim bu gün məlumatsız gənclərə, yeniyetmələrə, cocuqlara düşük və şundul nağıllar danışan müxalifət ovçu pirimlərinin başına ən azı 3 alma salmağa şəxsən gücüm çatar. Özünü obyektiv, qərəzsiz, guya ağı ağ, qaranı qara göstərən, həqiqət mücəssəməsi maskasına girən keşiş qaponların da maskasını yırtacağıq. Narahat olmasın heç kim. Başqalarıın bilmirəm, mənim üçün 2018-ci ilin iyul ayı dövlət imtahanı vaxtı oldu. O imtahandan kəsilənlərin bu gün hansı oyun və hansı boyunlardan asılı olmalarının bir çürük qoz qədər dəyəri yoxdur. O günlərdə yazılan statuslar, paylaşılan profillər, açılan hesablar hamısı tarixdədir. Yadımızdadır. Və bu gün Prezident İlham Əliyevin dövlət müstəqilliyi kursuna öz aləmlərində korrektirovka verənlər, müstəqil ekspert qiyafəsində gərəkli görünməyə çalışan siyasi münafiqlər, mənasız, qazsız, iysiz şəffaflıqlar elə bilməsinlər ki, unudulublar. Daşları yığmaq vaxtıdır hələ.

Azərbaycanın bu günkü dövrü bütün tarixinin ən uca və dinamik dövrüdür. Tarixdə bəzən istisnalar baş verir. Və o istisnalar şəxsiyyətin tarixdəki rolunu dövlətin öz rolundan belə artıq hesab edir. Məsələn. təsəvvür edək ki, kimsə Birinci Pyotra artıq neçənci möhlətə rəhbərsən deyə irad tutur. Gülüncdür, yox? Bax elə buna görə də Azərbaycan Dövlətinin indiki idarəetmə periodu tamamilə yeniyanaşma tələb edir. Bugünkü Azərbaycan öz tarixinin ən müqəddərati mərhələsini yaşamaqla hər bir vətəndaşdan təkcə normal, fərdi şüur deyil, ilk növbədə mükəmməl ictimai təfəkkür tələb edir. Dövlət özünü, öz müstəqilliyini ilk növbədə vətəndaşının timsalında, simasında müdafiə edir. Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayevlə biz Prezidentin keçirdiyi taleyüklü müşavirəni müzakirə etdik.

Regionların və dövlətin gələcəyilə bağlı müşavirədə xüsusi bir məqam da var idi. Prezident üzünü Azərbaycanın saghibkarlarına tutmuşdu. Az qala maliyyə amnistiyası tək qiymətləndirməyə hazırlaşdığım bu parçada İlham Əliyev əslində hamıya son xəbərdarlığını etdi:

“Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır. Digər tərəfdən, icra edilmiş bütün infrastruktur layihələri. İndi təsəvvür edin, əgər rayonlarda işıq, yol olmasaydı, hansı sahibkar orada iş görə bilərdi. Qaz olmasaydı, hansı istixananı işlədə bilərdi. Ona görə bunlar dövlət tərəfindən edilibdir - yol da, elektrik də, qaz da, su da. Bundan əlavə, güzəştli kreditlər - dediyim kimi, aşağı faizlə 2 milyard manatdan çox vəsait ayrıldı. Fermerlərə subsidiyalar verilir, onlar torpaq vergisi istisna olmaqla, - o da cüzi rəqəmdir, - vergilərdən azaddırlar. Dövlət tərəfindən sənaye zonalarının, sənaye parklarının, infrastrukturun yaradılması. Təşviq mexanizmi təşkil edilib və digər stimulverici amillər tətbiq olunubdur. Yəni, sahibkarlara çox böyük imkanlar yaradılıb. Ona görə sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər. Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır. Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər. Buna son qoyulmalıdır. Ona görə sahibkarlar vergini tam verməlidirlər. Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır. Əlbəttə ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir. Çünki sahibkarlar indi bilirlər qaydalar nədən ibarətdir. Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz. Baxın, dövlət ünvanlı sosial yardım alanların sayını artırır. Baxmayaraq ki, yoxsulluq 4,8 faizdir və bəzi şəhərlərdə olduğu kimi, Azərbaycanda küçələrdə yoxsullar dolaşmır. İndi inkişaf etmiş ölkələrin şəhərlərinə baxın, ən böyük ölkələrin paytaxtlarında minlərlə evsiz-eşiksiz adam var. Onlar ya qutuda, ya skamyalarda, ya da ki, özləri üçün balaca çadır qurub yatırlar. Bunu biz televizordan görürük. Bizdə belə şey varmı? Yoxdur! Nəyə görə? Ona görə ki, vətəndaşlara qayğını dövlət öz üzərinə götürübdür. Baxmayaraq ki, işsizlərin, yoxsulların sayı azalır, mən göstəriş vermişəm, ünvanlı sosial yardımı alanların sayı artırılsın. Bunu etmək üçün yeni meyarlar tətbiq olunmalıdır, ona görə ki, ölkəmizdə kasıb adam olmasın. Əgər bir sahibkar 5 manat çox qazanmaq istəyirsə, adamı işdən çıxarır. Bu, dözülməzdir. Faktlar varsa, mənə deyin, biz o sahibkarlarla lazımi qaydada danışacağıq. Ona görə dövlət, xalq və qanun qarşısında məsuliyyət olmalıdır. O cümlədən kölgə iqtisadiyyatına qarşı mübarizə bundan sonra da aparılacaq. Burada da iki tərəf var. Bu işlərə göz yuman dövlət məmuru və bu işləri görən sahibkar. Bu sövdələşmə də tamamilə pozulmalıdır və pozulur. Dövlət indi göz yummur, sahibkar da gərək öz biznesini kölgədən 100 faiz çıxarsın. Dövlət, mərkəzi icra orqanlarımız xüsusi anlayış göstərərək bu prosesi tədricən edirlər. Çünki bu işi görənlər onilliklər ərzində, sovet dövründə də, müstəqillik dövründə də belə işləyiblər, öyrəşiblər. Ona görə buna son qoyulmalıdır. Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam, çox sadə. Düzdür, hər yerdə var, hər ölkədə var. Bizdə bu, dözülməz dərəcəyə gəlib çıxmışdır. O təhlil mənə veriləndə, sözün düzü, çox dəhşətə gəldim. Ona görə buna son qoyulur. Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi. Biz bu şəffaflığı təmin edərkən, mən qeyd etdiyim sosial təşəbbüsü reallaşdıra bildik. O pul qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdi. İndi biz kölgə iqtisadiyyatına göz yuma bilərikmi? Qətiyyən yox! Yenə də deyirəm, kölgə iqtisadiyyatına son qoyulmalıdır və dövlət orqanları bir keçid dövrü də müəyyən edib. Çünki bəri başdan çox sərt tədbirlər görmək düzgün olmaz. İnsanlar buna gərək yavaş-yavaş öyrəşsinlər. Amma biz bu güzəşt müddətini də çox uzada bilmərik. Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir. Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz”.

Hörmətli tamaşaçılar!

Yəqin görürsünüz və hiss edirsiniz də nə baş verir?!

Prezident faktiki olaraq xalqa müraciət edir ki, ay camaat rüşvət verməyin və rüşvət almayın. Yeri gəlmişkən, İlham əliyev hər dəfə daxili sabitlik amilini ən mühüm nailiyyətlərdən biri kimi missal çəkir, amma hər dəfə də bu uğurun müəlliflik haqqının xalqa məxsus olduğunu bəyan edir. Bütün sonrakı uğurlar isə, heç şübhəsiz məhz sabitliyə əsaslanır. PREZİDENT İSƏ SABİTLİYİN MƏNBƏYİ XALQDIR DEDİKDƏ HƏM ƏLDƏ OLUNMUŞ BU UĞURUN NƏ QƏDƏR BÖYÜK OLDUĞUNU, HƏM DƏ MƏSULİYYƏTİN KİMİN BOYNUNDA OLDUĞUNU ELAN EDİR. Dördüncü sənaye transformasiyasının ümumxalq məsuliyyəti dövləti ən mühüm addımlara cəsarətlə getməyə vadar edir. Dövlətin taleyinə sahibkarcasına məsuliyyət daşımaq. Prezidentin çıxışından həm də bu qayə doğur. Vergilər nazirinin müavini Sahib Ələkbərovla dövlət və sahibkarların timsalında dövlətə sahiblik mövzusunda danışdıq.

az əvvəl dedik ki, fevralın 9-unda Azərbaycanda parlament seçkiləri keçirilir. İlk baxışda adi bir siyasi kompaniyadır. Amma diqqətli və az-çox araşdırma qabiliyyətinə malik tamaşaçı yəqin görməmiş deyil ki, bu hadisə də ölkədə gedən xüsusi inventarlaşdırma prosesinin tərkib hissəsidir. Niyə inventarlaşdırma? Uzun müddət inersiyal proses olan “namizəd gördü-deputat seçdi” kompaniyası 2020-ci ildə mahiyyətcə dəyişib. Namizədlərin xalq içinə çıxması, necə deyərlər, qarşılarında canlı seçici görməsi adi hal almaqdadır. Bütün bunlar hamının gördüyüdür. Amma eyni zamanda ortada hamının görmədiyi, amma olduqca prinsipial bir altqat da var. Dövlət ümumxalq əhval-ruhiyyəsinin diaqnostikasını həyata keçirir. Düzdür, bəzən Salyanda və Tərtərdə namizədlərlə görüşdə baş verdiyi kimi süni, quraşdırılmış tərbiyəsiz mənzərələr də gözə dəyir, amma bütünlükdə xalqla təmas elementləri faydalıdır. Ən azı gələcəyin deputatı qarşısındakı xalq vücuduna ya tam, ya da qismən toxuna bilir. Təmas söhbətinə qayıdacam. Amma mətləbdən uzaqlaşmadan bir məsələyə toxunum. Seçki mədəniyyətdir. Özü də həm də mədəniyyət yox a. Daha çox mədəniyyətdir! Bu baxımdan namizədin görüşünə gələn seçici ilk növbədə aldığı tərbiyənin daşıyıcısı olduğunun fərqinə varmalıdır. Azərbaycana güruh əxlaqı, qaragüruh hurreyi, basabas tıxacı gətirmək istəyənlər unutmamalıdır ki, Azərbaycan müsəlman dünyasının modern dövləti olaraq yeni standartlarla yaşayır. Burda kütlə kimisə qovdu. Filankəsi fitə basdılar, qoyub qaçdı tipli qara güruh körükçülərinə qanunun bütün açarları düşür. Əgər seçki kompaniyasından dövlət xalq əhval ruhiyyəsinin inventarlaşdırılma aləti tək istifadə edirsə, onda gəlin müayinə cihazına dərindən və dürüst nəfəs alaq. Fevralın 9-u da tarixə dönəcək. Verilən səslər də, qutuya atılan bülletenlər də. Qalan xalq və dövlət olacaq. Sosial şəbəkə qeyri ciddiyyətilə səsverməyə gedənlər və özünü feysbukda deputat seçdirmək istəyən seçki növcavanları isə yəqin ki öz vücudları, yanaşma tərzlərilə qeyri-ciddi bir məşğuliyyətə çevirdikləri çox mühüm bir kompaniyaya görə isə özlərindən başqa hamını qınayacaqlar. Mən bütün bunları ovcumun içi kimi görürəm. Amma Dövlətin istiqlal kodeksinə qayıdaraq onu deyim ki, Parlamentin buraxılaraq yenidən seçilməsi də dövlətin müstəqilliyinə faydalı ola bilmək niyyətindən doğur. Unutmayaq. Milli Məclisə hansısa 3-cü, 4-cü qüvvənin əlində alət olaraq gələcəkdə təhlükə mənbəyinə çevrilə biləcək səbəb mənbələri düşməməlidir. Ya da seçici öz seçimini edərkən bu barədə düşünməlidir. 2020-ci ilin parlament seçkiləri ümumxalq, ümumdövlət inventarlaşdırmasının mühüm bir halqası olaraq müəqddərati əhəmiyyət daşıyır. Son nəticə dövlət müstəqilliyinin qorunmasıdır. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda İlham Əliyev dövlətimizin müstəqilliyini vətəndaşlarımızın social-məişət müstəqilliyi müstəvisində çox aydın şəkildə izah etdi. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə isə Lider nümayiş etdirdi ki, Azərbaycanın müstəqilliyinə qəsd edən, onun dövlət haqqını, hüququnu istənilən ad altında xırpalamağa qalxan hər bir beynəlxalq vahid cavabsız qalmayacaq. Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi sənədi kağız parçası hesab edən İlham Əliyev əslində ortaq azərbaycanlının qərarını elan etdi. Biz Prezidentin bir qayda olaraq hansı bəyanatı harda və nə üçün verdiyini təxmin etməyə öyrəşmişik. Elə özü də kifayət qədər açıq izah verir ki. məsələn Paşinyana cavabı niyə Valdayda Verdi? Bu baxımdan İlham Əliyevin AŞPA və Avropanın riyakar yanaşmaları barədə məhz Mövlud Çavuşoğlu ilə görüşdə danışması da səbəbsiz deyildi. Hələ ötən ilin sonunda Prezident Türkiyəni öz sıralarına qəbul etməyən Avropa Birliyini sərt şəkildə məhkum etmişdi. Bu dəfə də məntiq eyni idi. Bir millətin iki dövlətinin vahid məntiqi.

ötrü bu, əsil mücadilədir. Azərbaycan liderinin hər bir vətəndaşa öz timsalında göstərdiyi dirəniş, müqavimət, yenilməmək nümunəsi. Və hər kəs də başa düşməlidir ki, Azərbaycanınn məruz qaldığı təzyiqlər səbəb siz deyil. Bu təzyiqlərin bir neçə səbəbi var ki, onların hamısı Qarabağın Azərbaycandan alınması, bununla da böyük parçalanmaya start verilməsi, bununla da son nəticədə Qafqazın ən əhəmiyyətli müsəlman bölgəsini sıradan çıxarmaqla bütün dünyada vəhşi islam imicini tam elan etməkdir! Hər şey bu qədər sadə! Unutmayaq ki, Azərbaycan AŞPA-sız da keçinə bilər. Amma Avropa, xüsusilə özünün indiki vəziyyətində Azərbaycansız keçinə bilməz. Azərbaycan Avropaya iqtisadi cəhətdən, özü də bərabər hüquqlu tərəfdaş kimi inteqrasiya etməyi bacarıb. Azərbaycan bu qədər şəhidindən, neçə illərin azadlıq mübarizəsindən ona görə keçməyib ki, özünü Strasburqun simasında təzə mavzoleyə tapşırsın. Heç kim Azərbaycanın Daxili İşlərinə qarışa, ona necə yaşamaq lazım olduğunu diqtə edə bilməz. Biz hər gün öz vətəndaşının “niyə biz belə yaşamalıyıq, niyə fransız xalqı layiq olmadığı məhrumiyytələrə düçar olmalıdır, təkcə con iki ayda 240-dan artıq sarı gödəkçəli həbs edilib, niyə? Niyə islahatlar axı belə ağır keçməlidir”! sualı qarşısında aciz qalan dövlətin Bakıya əsəbiləşmsinin bir səbəbi də dünənki sovet ucqarının-Azərbaycanın indiki davamlı sabitlik və dinclik kimi nümunə olmasıdır. Sizə elə gəlmir? Təsəvvür edin. Fransasan. Müstəqilliyinin tarixi var. Dünyada söz sahibi olan 3-5 ölkədən birisən. Və neçə müddətdir ki, sarı gödəkçəlilərin əlində əsir-yesir qalmılsan. Sadə fransıza da cavab verməyə dilin, sözün yioxdur. Nə qalır sənə? Hirisini Azərbaycan kimi xüsusi iddiadan uzaq, başını aşağı salıb öz vətəndaşlarını qorumaqla məşğul olan dövlətə tökmək. Və eynilə siz Azərbaycana zəhər püskürən başqa avropa dövlətlərinin də daxili vəziyyətini müayinə edə bilərsiz. Amma dünya yenilənir. Artıq Paris kimi ənənəvui paytaxtlar mərkəzlikdən çıxır. Brexitdən sonra Londonun da təyinatı başqalaşır. İndi dünya Davosda birləşir. Davos Azərbaycanı isə bir başqadır:

“Əlbəttə ki, ölkəmizin əhəmiyyətini, rolunu və bizə olan münasibəti əks etdirən son hadisə Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması hadisəsidir. Bu, çox əlamətdar hadisədir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyada birnömrəli Forumdur, bundan yuxarı yoxdur. Bu, həm siyasi, həm iqtisadi sahədə nömrə birdir və bu bölgədə, Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçmək, əlbəttə, böyük hadisədir, mən və Forumun prezidenti niyyət protokolunu imzaladıq, indi işlər başlanacaq və Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir. Biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik. Beləliklə hesab edirəm ki, bu hadisə bizim növbəti uğurumuzdur, növbəti qələbəmizdir. Əminəm ki, bundan sonra qələbələrimizin sayı çox olacaq”

Belə. Həyətdə seçkilərdir. Dövlətimizi, gələcəyimizi, bizi idarə edəcək qanunlarımızı seçirik. Buna qədər çox seçkilərimiz olub. Tarixiləri də olub, növbətçiləri də. Amma ilk dəfədir ki, 4-cü sənaye inqilabına layiq, Davos tələblərinə uyğun gələcək naminə seçirik. Bizi dı seçirlər. Axı niyə, rəmzi də olsa Nuhun Gəmisinə seçilənlərdən olmayaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər