ABŞ-a xüsusi dəvət

ABŞ-a xüsusi dəvət
Amerika hökuməti bununla bağlı rəsmi açıqlama verməyib.

ABŞ Rusiyanın Soçi şəhərində Suriyadakı milli dialoqun qurultayına dəvət alıb.

Bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Mariya Olson məlumat verib. Onun sözlərinə görə, tədbirdə Suriya, Türkiyə, Rusiya və İran nümayəndələri ilə birgə ABŞ tərəfindən də təmsilçinin iştirakı lazım olacaq.

“Vaşinqton tədbirə dəvət alıb. Lakin onların dialoqda iştirak edib-etməyəcəyi barədə dəqiq məlumatımız yoxdur. Hələlik Amerika hökuməti bununla bağlı rəsmi açıqlama verməyib”, - deyə Mariya Olson bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər