Qazaxıstanın Çimkənt şəhərində MDB mədəniyyət paytaxtı ilinin rəsmi açılış mərasimi keçiriləcək

Qazaxıstanın Çimkənt şəhərində  MDB mədəniyyət paytaxtı ilinin rəsmi açılış mərasimi keçiriləcək

Qazaxıstanın Çimkənt şəhərində martın 22–də MDB mədəniyyət paytaxtı ilinin rəsmi açılış mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan Baş naziri Askar Mamin 2020–ci il Çimkənt mədəniyyət paytaxtı estafeti çərçivəsində tədbirlərin yüksək səviyyədə hazırlamasının vilayət rəhbərliyinə və aidiyyəti orqanlara tapşırıb.

Mədəniyyət ili çərçivəsində ümumilikdə 40-a yaxın tədbir, MDB ölkələrinin incəsənət xadimlərinin iştirakı ilə konsert, "Böyük İpək Yolu" tətbiqi incəsənət sərgisi, teatr və opera sənət festivalı, “Avrasiyanın ruhu” estrada ifaçılarının birinci beynəlxalq festivalı, yazıçı və şairlərin yaradıcılıq görüşlərinin keçirilməsi planlaşdırılır.

Mədəniyyət paytaxtı ilinin bağlanış tədbiri və növbəti şəhərə estafetin ötürülməsi noyabr ayına planlaşdırılır.

Qeyd edək ki, 2020-ci ildə Qazaxıstanın qədim tarixi Çimkənt şəhəri 2200 illik yubileyi UNESKO səviyyəsində qeyd ediləcək.

Xatırladaq ki, 2019-cu il dekabrın 10-da Belarusun Brest şəhərində 2020-ci il MDB mədəniyyət paytaxtı statusu Qazaxıstanın Çimkənt şəhərinə keçib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə