Qeydiyyatı ləğv edilən Aygün Attardan REAL TV-yə RƏSMİ AÇIQLAMA (VİDEO)

Qeydiyyatı ləğv edilən Aygün Attardan REAL TV-yə RƏSMİ AÇIQLAMA (VİDEO)
ATƏT Azərbaycana qarşı qərəzli mövqeyə etiraz edən müşahidəçinin statusunu ləğv etdi

Bugün Mərkəzi seçki komissiyasının növbəti iclası keçirilib.

İclasda ilk olaraq ATƏT-in 9 fevral parlament seçkiləri ilə əlaqədar seçki müşahidə missiyasının müraciətinə baxılıb.

Bu barədə komissiya sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O qeyd edib ki, ATƏT-nin missiya rəhbəri xahiş edir ki, müşahidəçilərdən biri Aygün Attarın akkreditasiyası ləğv olunsun. MSK-nın qərarına əsasən müraciət təmin edilib, Aygün Attara verilmiş lövhəcik etibarsız hesab edilib.

Qeydiyyatı ləğv edilən müşahidəçi Aygun Attar qeydiyyatının ləğvi ilə bağlı REAL TV-ə rəsmi açıqlama göndərib və ATƏT tərəfindən beynəlxalq müşahidəçi statusunun ləğv olunmasına səbəb kimi, ATƏT-ə müşahidəçi missiyasının Azərbaycanla bağlı qərəzli mövqe tutmasına etiraz etməsi ilə izah edib.

Beynəlxalq elmlər doktoru, BMT-nin davamlı sülh və inkişaf üzrə beynəlxalq fondunun idarə heyətinin üzvü Aygün Attarın açıqlamasında deyilir: 

ATƏT-in Azərbaycan Seçkiləri Missiyası tərkibində 3-12 fevralda bu ölkədə keçirilən parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq müşahidəçi olaraq təyinat üzrə Bakıya gəldim.Siyasət elmi və beynəlxalq əlaqələr sahəsində ixtisaslaşmış və Türkiyə-Azərbaycan əlaqələrinə dair əhatəli araşdırmaları olan bir elm adamı kimi tez-tez səfər etdiyim Azərbaycanda ATƏT rəhbərliyi altında qısa müddətli olsa da fəaliyyətin mənə fərqli təcrübə qazandıracağını düşünmüşdüm.Lakin hələ seçkilər başlamadan əvvəl 6-7 fevralda Bakıda keçirilən maarifləndirmə iclasında siyasət və mediya ekspertlərinin seçki müşahidələri ilə bağlı təqdimat çıxışlarını təəssüflə izlədim.Sadəcə azsaylı blogerlər və müxalif, üstəlik, xalq arasında o qədər də tanınmamış 1-2 jurnalistin sözlərindən hərəkətə keçərək elə ilk addımdan etibarən Azərbaycandakı parlament seçkiləri ilə bağlı ATƏT-in önyarğı ilə davrandığının öz gözlərimlə şahidi oldum.19 siyasi partiyanın və çoxlu sayda müstəqil namizədin olduğu, 9 fevralda keçiriləcək seçkilərdə 1324 namizəd millət vəkili olmaq üçün yarışacaqdı. Seçkiləri 32 ölkədən 358 müşahidəçi izlədi.ATƏT-in çoxlu sayda namizədin təşviqat fəaliyyətinə yer verən mediyanı “qismən azad” adlandırması onun qüsurlu mənfi davranışlarını üzə çıxarmağa kifayət edirdi.Bundan başqa, bölgələrdə fəaliyyət göstərəcək müşahidəçilərə oraların coğrafiyasını tanıtmalı olduğunuz halda Azərbaycanın, sanki, parçalanmış siyasi xəritəsi üzərindən etnik kimliyi qabartmağınız bir elm adamı kimi vicdanımı sarsıtdı. Lakin bu, məni təəccübləndirmədi. Çünki demokratiya, insan haqları anlayışları üzərindən müstəqil ölkələrdə qurduğunuz xüsusi dırnaqarası əlaqələrin sizə olan sədaqətindən istifadə edərək bu ölkələrin daxili işlərinə müdaxilə etdiyiniz gerçəyi var ortada.Azərbaycanın müstəqilliyini ikinci dəfə qazandığı tarixdən hələ 30 il keçməyib. Buna baxmayaraq müsbət inkişafın gözardı edilib təkcə mənfi halların önə çıxarılması Türkiyə vətəndaşı olaraq məni artıqlaması ilə məyus etdi. Azərbaycanın da yerinə çox məyus oldum.Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı daşıdığı adın məsuliyyəti olaraq təhlükəsizlik və əməkdaşlığı təşkil etmək, davamlılığı təmin etmək üçün yaradılmış bir təşkilatdır.Yaxından müşahidə etdiklərimə əsasən, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinə əhəmiyyət verdiyini açıqlayan və bu əlaqələri genişləndirməyə cəhd göstərən bir ölkədir.Halbuki avropalı siyasi ekspert Tomas de Vaal Avropa İttifaqı Azərbaycan əlaqlərini dəyərləndirərkən bu sözləri deyib: “Avropa ölkələrinin Azərbaycandakı enerji qaynaqlarına ehtiyacı var, lakin bu ölkəyə veriləcək ağır suallar da var”.Beynəlxalq əlaqələr qarşılıqlı razılaşmalar əsasında qurulmalıdır.Mən bu sətirləri yazarkən hələ seçkilər başa çatmamış və Azərbaycanın dəvəti ilə seçkiləri izləyən ATƏT seçki müşahidə heyətinin hesabatı açıqlanmamışdı. Lakin şəxsən mən önyarğılı münasibətin qərəzsizlik prinsiplərini zədələdiyini düşünürəm və bunun hesabata mənfi təsir edəcəyi qənaətindəyəm.ATƏT-in hazırlayacağı hesabatın hüquqi əsası yoxdur. Lakin hesabat Azərbaycanla ATƏT üzvü ölkələrinin əlaqələri baxımından əhəmiyyət kəsb edir.Sizə tövsiyə edirəm: “Avropa ölkələrinin Azərbaycandakı enerji qaynaqlarına ehtiyacı var sözləri ilə ifadə olunan mövqe ilə deyil, Azərbaycanda neft və təbii qazdan başqa mövcud digər enerji, yəni xoşniyyətli insan enerjisini ön plana çıxaran mövqeyə üstünlük verin və bu mövqeyi dəstəkəyin”.Əgər hər hansı bir problem varsa, bu problemlərin şişirdilmədən, düşmən ifadələrinə çevrilmədən, dostcasına və konstruktiv tövsiyələrlə həll edilməsi Azərbaycan qədər Avropa İttifaqına üzv ölkələrin də xeyrinə olacaq və burada ATƏT-in üzərinə böyük məsuliyyət düşür.Azərbaycanın seçkilərinə hörmətlə yanaşmaq Azərbaycanın dəvəti ilə seçkilərdə iştirak edən bütün xarici müşahidəçilərin hüquqi borcudur.

Prof.Dr.Aygün Attar
ATƏT-in qısamüddətli Azərbaycan müşahidəçisi

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə