Rauf Arifoğlunun nəticəsi ləğv edildi - YENİLƏNİB

Rauf Arifoğlunun nəticəsi ləğv edildi  - YENİLƏNİB

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqiqətən də, seçki qanunvericiliyinin pozuntularına yol verilib:

“2 seçki məntəqəsində seçki komissiyasında protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 30 seçki məntəqəsi üzrə səsvermənin nəticələri hesab edilib və həmin dairə üzrə səsvermənin nəticələri etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 35 saylı Xətai üçüncü seçki dairəsində araşdırmalar zamanı ciddi pozuntular aşkar edildiyinə görə müraciətə baxılır.

"Report"un xəbərinə görə, hazırda iclas davam edir.

Qeyd edək ki, bu dairənin lider namizədi Rauf Arifoğludur (Abbasov).

Xatırladaq ki, bu gün MSK 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrini ləğv edib.

 

***

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 35 saylı Xətai üçüncü seçki dairəsi ilə bağlı şikayətlərə baxılır.

"Report"un xəbərinə görə, hazırda iclas davam edir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə