Hadı Rəcəblinin də nəticəsi ləğv edildi

Hadı Rəcəblinin də nəticəsi ləğv edildi

MSK-nın iclasında 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə məsələnin müzakirəsinə başlanılıb.

Axar.az xəbər verir ki, məsələ barədə MSK üzüv Qabil Orucov məlumat verib.

Q.Orucov konkret seçki məntəqələrində baş verən pozuntular barədə məlumatı səsləndirib.

MSK üzvü təqdim edilmiş faktların araşdırılması zamanı bu seçki dairəsində seçkinin nəticəsinə bu və ya digər formada təsir edə biləcək pozuntuların baş verdiyini bildirib.

Qeyd edib ki, bu pozuntular öz təsdiqini tapıb.

MSK üzvü deyib ki, bu pozuntular səsvermənin nəticələrinin etibarsız hesab edilməısinə dair hüquqi əsaslar yaradıb. Bu isə seçki məntəqlərinin 2/5-dən çoxu deməkdir ki, bu da seçki dairəsində nəticələrin etibarsız hesab edilməsinə əsas verir.

REAL

***

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 74 saylı Lənkəran kənd seçki dairəsi ilə bağlı şikayətlərə baxılır.

"Report"un xəbərinə görə, hazırda iclas davam edir.

Qeyd edək ki, bu dairənin lider namizədi Hadı Rəcəblidir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə