Britaniyada yeni maliyyə naziri seçilib - VİDEO

Britaniyada yeni maliyyə naziri seçilib - VİDEO
Mühafizəkar deputat R.Sunak Maliyyə naziri təyin olunub

Mühafizəkarlar Partiyasından olan deputat Rişi Sunak Sacid Cavidin istefasından sonra Böyük Britaniyanın yeni maliyyə naziri təyin olunub.

Bu barədə Britaniya baş nazirinin dəftərxanasının məlumat yayıb.

Qeyd edək ki, 39 yaşlı R.Sunak Britaniya parlamentinə 2015-ci ildə seçilib.

2019-cu ilin iyul ayında o, baş nazir Boris Consonun hökumətində maliyyə naziri vəzifəsi alan S.Cavidin müavinlərindən biri təyin edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər