İ.Qaribaşvili: "Gürcüstan NATO-ya üzv olmaq istəyir" - VİDEO

İ.Qaribaşvili:
İ.Qaribaşvili Y.Stoltenberqlə görüşüb

“Gürcüstanın NATO-ya üzvlüklə bağlı səyləri dönməz prosesdir”.

Bunu Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.

Nazir deyib ki, Gürcüstan NATO-ya üzv olmaq məqsədinə nail olmaq üçün Alyansla əməkdaşlıq üçün bütün praktiki mexanizmləri uğurla istifadə edib.

Görüşdə NATO-Gürcüstan Tədbirlər Paketinin yenilənməsi, Gürcüstanın müdafiə qüvvələrində həyata keçirilən islahatlar və ölkənin Qara dəniz bölgəsində təhlükəsizliyin möhkəmləndirilməsindəki rolu müzakirə olunub.

Qeyd olunub ki, Gürcüstan NATO-ya inteqrasiyada uğurlu nümunədir və ölkə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verir.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər