Baldızını siğə etdirmək istəyən şəxsə hökm oxundu

Baldızını siğə etdirmək istəyən şəxsə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Alim Süleymanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında A.Süleymanovun 6 il müddətinə azadlıqdan məhrum ediməsini istəyib.

O, məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərində baş varib. 1956-cı il təvəllüdlü A.Süleymanov baldızı Yeganə İbrahimovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, A.Süleymanov arvadının digər bacısı Dürdanə İbrahimovanın həyat yoldaşı öləndən sonra onu siğə etdirmək istəyib. Daha sonra mübahisə zəminində A.Süleymanov Y.İbrahimovanı bıçaqlayıb.

D.İbrahimova məhkəmədə dindirilən zaman qeyd edib ki, həyat yoldaşı rəhmətə gedəndən sonra yeznəsi A.Süleymanov onu siğə etdirmək istəyib.

A.Süleymanov isə dindirilən zaman belə bir fikrinin olduğunu söyləyib: "Mən onun həyat yoldaşı öləndən sonra belə bir fikrə gəldim ki, Dürdanə pis yola düşməsin".

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan A.Süleymanovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər