Koronavirusa görə təxliyə edilən vətəndaşlarımız sabah Azərbaycana yola salınacaq - VİDEO

Koronavirusa görə təxliyə edilən vətəndaşlarımız sabah Azərbaycana yola salınacaq - VİDEO

"Yanvar ayının 31-də Çindən təxliyyə edilən Türkiyə vətəndaşları, eləcə də orada olan Azərbaycan, Gürcüstan və Albaniya vətəndaşlarının Ankaradakı Zəkai Tahir Burak Xəstəxanasında olan karantin müddətləri artıq başa çatır".

Bu barədə REAL-ın Türkiyə bürosuna Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat katibi Elvin Süleymanlı məlumat verib.

Məlumatda bildirilir ki, onların böyük əksəriyyəti bu gün öz evlərinə buraxılıblar: 

"Xəstəxanadakı Azərbaycan vətəndaşları isə gün ərzində keçiriləcək sonuncu yoxlamadan sonra sabah, yəni fevral ayının 15-də səhər saatlarında xəsətəxanadan evə buraxılacaqlar. Çindən təxliyyə edilən vətəndaşlarımızla bağlı ilk gündən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığı olmuşdu. Səfirlik tərəfindən bu tapşırığa əsasən vətəndaşlarımızın Türkiyədə olduğu bu müddət ərzində mütəmadi olaraq onlarla əlaqə yaradılıb və bütün istəkləri vaxtında yerinə yetirilib. Sabah başda səfir Xəzər İbrahim olmaqla səfirliyimizin  əməkdaşları tərəfindən vətəndaşlarımızla ümumi görüş keçiriləcək və onlar Azərbaycana yola salınacaq".

Digər xəbərlər
Bu gün
Dünən