Badamdarda sürüşmə aktivləşib - VİDEO, YENİLƏNİB

Badamdarda sürüşmə aktivləşib - VİDEO, YENİLƏNİB
Sürüşmə ərazisində aktivliyin həcmi müəyyənləşməyib

"Badamdar sürüşmə ərazisində baş verən aktivliyin həcmi müəyyənləşməyib. Sürüşmə ilə bağlı monitorinqlərimiz davam etdirilir. Yaxın vaxtlarda sürüşmə ilə bağlı aktivliyin həcmi dəqiq müəyyən olunacaq".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov sürüşmə ərazisndəki son vəziyyətlə bağlı açıqlama verdi.

Bildirdi ki, hazırda Badamdar sürüşmə sahəsində monitorinq işləri aparılır.

Qeyd edək ki, Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb.

Xatırladaq ki, ərazidə son bir neçə ay ərzində artıq 3-cü dəfədir ki, sürüşmə olur.

 

***

15:34

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində səhər saatlarından başlayaraq.yenidən sürüşmə aktivləşib.

Sürüşmənin aktivləşməsinə səbəb kimi hava şəraitinin yağıntılı olması göstərilir.

Səhər saatlarında aidiyyatı orqanların əməkdaşları da əraziyə baxış keçiriblər.

Ərazidə artıq 3-cü dəfədir ki, sürüşmə baş verir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər