Uğur qazanan gənclər (VİDEO)

Uğur qazanan gənclər (VİDEO)
Bir qrup şəxsə 2020-ci il Gənclər üçün Prezident mükafatları verilib

Prezident İlham Əliyevin 2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncamına əsasən Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2020-ci il Gənclər üçün Prezident mükafatları verilib.

Mükafata layiq görülən 10 gənc arasında Şəmkir Gənclərin İnkişaf və Karyera mərkəzinin direktoru Kənan İbrahimovda var. Kənan deyir ki, bu yaşda belə ali mükafa layiq görülmək bir gənc kimi mənə böyük stimuldur.

Digər müsahbim Mətanət Quliyeva da 2020-ci il Gənclər üçün Prezident mükafatları alanlar sırasındadır. Ruhən və mənən belə bir xəbərə həqiqətən çox böyük ehtiyac duyduğunu gizlətmədi . Onun sevinc və qürur hissi gözlərindən də oxunurdu.

Həyatda uğur qazanma, nəyəsə nail olmaq üçün ilk növbədə məqsədiniz aydın olmalıdır deyir hər iki Prezident təqaüdçüsü.

Odur ki, öz üzərinizdə işləyin, məqsədə doğru gedin siz mütləq uğur qazanacaqsınız.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə