İddiaçılar turnirinin püşkü atılıb - FOTO

İddiaçılar turnirinin püşkü atılıb - FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində dünya şahmat tacı uğrunda çempion Maqnus Karlsen ilə qarşılaşacaq idmançının müəyyənləşdirilməsi ilə bağlı keçiriləcək iddiaçılar turnirinin püşkü atılıb.

“Report” xəbər verir ki, püşkatma mərasimində FIDE prezidenti Arkadi Dvorkoviç, Rusiyanın İdmann aziri Oleq Matıtsin, məşhur tennisçi Anastasiya Mıskina, tanınmış şahmat məşqçisi Vladimir Buxovski iştirak ediblər.

Püşkün nəticələrinə əsasən, turnirin birinci turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov amerikalı Fabiano Karuana ilə qarşılaşacaq.

Rəcəbov     -  Karuana

Dinq Liren  -   Hao Yanq

Aniş Giri    -  Yan Nepomnyaşi

Qrişuk       -   Kiril Alekseyenko

Turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq. İddiaçılar turniri martın 15-dən aprelin 5-dək Yekaterinburq şəhərində keçiriləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər