Soyğunçuluq edən şəxs saxlanılıb - VİDEO

Soyğunçuluq edən şəxs saxlanılıb - VİDEO
Saxlanılan şəxsin silsilə oğurluq əməlləri aşkar olunub

Səbail rayonu ərazisində qadına qarşı soyğunçuluq edilib. Naməlum şəxs Bayıl qəsəbəsi ərazisində paytaxt sakini olan bir xanımın çantasını soyğunçuluq yolu ilə ələ keçirib.

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Bəhruz Muradov tutulub.

Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitələr olan heroin və marixuana da aşkar edilib.

Qeyd edək ki, hadisə zamanı B.Muradov zərərçəkən qadının bankomatdan pul çıxardığını gördüyü üçün onu izləyib və içərisində 300 manatdan çox pul olan çantanı ələ keçirib.

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə əməliyyat tədbiri zamanı onun Bayıl qəsəbəsi ərazisində açıq qalmış qapıdan avtomobilin salonuna daxil olaraq içərisində 2000 manat olan çantanı və daha bir mənzildən iki ədəd mobil telefon oğurladığı da məlum olub.

B.Muradov ifadəsində həmçinin bir müddət paytaxtın müxtəlif yerlərində avtodayanacaqlarda işlədiyi və nəqliyyat vasitələri saxlayan sürücülərin ona xırdalamaq üçün verdiyi pul vəsaitlərini də ələ keçirdiyi etiraf edib.

Faktlarla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb. Bəhruz Muradovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər