Oğurluğa cəhdin qarşısı alınıb - VİDEO

Oğurluğa cəhdin qarşısı alınıb - VİDEO
Faktla bağlı araşdırmalar davam etdirilir

Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən Abduləli Eyvazova məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib.

Əraziyə gələn polislər evin giriş qapısının açıq olduğunu və bir nəfərin mənzilə daxil olmaq isdədiyinin şahidi olublar. Polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Polis İdarəsində araşdırma aparılan zaman oğurluq etməyə cəhd göstərən şəxsin Novxanı qəsəbəsi sakini Tərlan Səmədov olduğu müəyyən edilib.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Tərlan Səmədovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Abşeron Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə