İranın Rəşt şəhərində keçirilən “Caspian Cup” festivalının birinci turun oyunları geridə qalıb

İranın Rəşt şəhərində keçirilən “Caspian Cup” festivalının birinci turun oyunları geridə qalıb

Fevralın 14-də Azərbaycan şahmatçıları İranın Rəşt şəhərində start götürən 18-ci “Caspian Cup” festivalında birinci turun oyunlarında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, festivalın A (masters) turnirində mübarizə aparan Misrəddin İsgəndərov, Vüqar Rəsulov, Azər Mirzəyev, Kənan Əhədzadə, Süleyman Süleymanlı, Şahin Vəliyev, İsmayıl Qurbanov, Habil Cavadov, Emin Novruzov birinci turda qələbə qazanıblar. Şahmatçılarımızdan yalnız Xatun Bağırova məğlub olub.

Doqquz turdan ibarət festival İsveçrə sistemi üzrə keçirilir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən