Bakıda zəncirvari qəza - VİDEO

Bakıda zəncirvari qəza - VİDEO
Hadisə nəticəsində 1 nəfər xəsarət alıb

Bakının Nizami rayonunda 4 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb. Hadisə Qara Qarayev prospektində baş verib.

"Renault" markalı nəqliyyat vasitəsinin qarşısına qəfil piyada çıxıb. Bu zaman ard-arda iki "Opel" və "Mitsubishi" markalı avtomobillər bir-birinə çırpılıb.

Qəza zamanı "Opel Astra" markalı avtomobildə olan 1996-cı il təvəllüdlü Abbasov Nicat Telman oğlu xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə