"Taliban"la razılaşma - VİDEO

Əfqanlararası dialoq martın 10-da başlayacaq

Birləşmiş Ştatlar və Talibanın Amerika qoşunlarının Əfqanıstanı tərk etməsi ilə bağlı razılıq əldə etdiyi deyilir.

Qiyamçı qrup isə cavab olaraq heç bir terror təşkilatına gələcəkdə Amerika və ya hər hansı digər ölkəni hədələmək üçün Əfqanıstan torpağından istifadə etmələrinə icazə verilməyəcəinə dair zəmanət verib.

Razılaşma ilə tanış olan Taliban tərəfi, razılaşmanın ikinci mərhələsinin fevralın 29-da imzalanacağını və Əfqanlararası dialoqun isə martın 10-da başlayacağını bildirib.

Almaniya və Norveçin danışıqlara ev sahibliyi etməsini istədiklərini bildirsə də məkan ilə bağlı məsələlər müzakirə edilir.

Qeyd edək ki,

Prezident Donald Tramp iki amerikalı əsgərin ölümü ilə nəticələnən hücum səbəbiylə sülh danışıqlarını dayandırmışdı.

Hazırda Əfqanıstanda 13 min ABŞ qoşunu və minlərlə digər NATO ölkələrinin qoşunları var.

ABŞ rəsmiləri Amerika qoşunlarının sayının 8600-ə qədər azalacağını və onların effektiv anti-terror missiyasını həyata keçirməyə davam edəcəklərini bildirib.

Sentyabrda hazırlanan ilk atəşkəs layihəsinə əsasən minlərlə Amerika əsgərinin Əfqanıstanın militantların Birləşmiş Ştatlar və müttəfiqlərinə qarşı hücumlar üçün baza kimi istifadə olunmayacağına dair zəmanətlər müqabilində geri çəkilməsi nəzərdə tutulurdu.

Lakin bir çox ABŞ rəsmisi hələ də Əl-Qaidənin Əfqanıstan torpağından Birləşmiş Ştatlara qarşı hücumlar planlaşdırmasının qarşısını almaq məqsədilə Talibana etibar etməyə tərəddüdlə yanaşır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə