Haitidə yanğın 15 uşağın ölümünə səbəb olub

Haitidə yanğın 15 uşağın ölümünə səbəb olub

Haitidə kilsə nəzdində fəaliyyət göstərən uşaq evində baş verən yanğın azı 15 uşağın ölümünə səbəb olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, uşaq evi paytaxt Port-o-Prensin yaxınlığında yerləşib.

Agentliyin məlumatına görə, iki uşaq öz otağında yanaraq dünyasını dəyişib. Yerli hakim Raymond Jan Antuan bildirib ki, 13 uşaq xəstəxanaya yerləşdirilib. Lakin, onların da həyatını xilas etmək mümkün olmayıb.

Belə ki, yanğın nəticəsində uşaqların tənəffüs yollarında problemlər yaranıb. Yanğın uşaq evinin birinci mərtəbəsində, yataq otaqlarının yerləşdiyi ərazidə başlayıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə