Bakı polisi əməliyyat keçirdi, saxlanılanlar var

Bakı polisi əməliyyat keçirdi, saxlanılanlar var

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

Əməliyyat zamanı saxlanılan, əvvələr Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) maddəsi ilə məhkum olunanan 1996-cı il təvəllüdlü Ə.E-nin mənzilindən 41,567 qram tiryək, 0,12 qram metafon, 400,912 qram marixuana aşkar olunaraq götürülüb.

Bundan əlavə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) Post Patrul Xidməti (PPX) rayon ərazisində narkotiklərinin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi gecə saatlarında aşkarlayaraq 43-cü Polis Bölməsinə (PB) təhvil veriblər. Rayon ərazisində özünü şübhəli aparan şəxs polis əməkdaşlarının diqqətini cəlb edib. Polisin təqibindən xilas olmaq üçün müxtəlif bəhanələr uyduran Mingəçevir şəhər sakini, əvvələr CM-nin 331-ci maddəsi ilə məhkum olunan, 1992-ci il təvəllüdlü A.M-dan 1,189 qram heroin aşkar olunaraq götürülüb.

Eyni zamanda Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü E.İ-dən 0,520 qram heroin, 0,777 qram metamfetamin aşkar olunaraq götürülüb. 

Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə