Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb

Pirallahı RPŞ Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən xəbərə görə, əməliyyat zamanı saxlanılan, əvvəllər CM-nin 177-ci maddəsi ilə məhkum olunan 1996-cı il təvəllüdlü Ə.E-nin mənzilindən 41,567 qram tiryək, 0,12 qram metafon, 400,912 qram marixuana aşkar olunaraq götürülüb.

Binəqədi RPİ Post Patrul Xidməti rayon ərazisində narkotiklərinin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi gecə saatlarında aşkarlayaraq, 43-cü Polis Bölməsinə təhvil veriblər. Rayon ərazisində özünü şübhəli aparan şəxs polis əməkdaşlarının diqqətini cəlb edib. Polisin təqibindən xilas olmaq üçün müxtəlif bəhanələr uyduran, Mingəçevir şəhər sakini, əvvəllər CM-nin 331-ci maddəsi ilə məhkum olunan, 1992-ci il təvəllüdlü A.M-dan 1,189 qram heroin aşkar olunaraq götürülüb.

Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Ələt qəsəbə sakini 1982-ci il təvəllüdlü E.İ-dən 0, 520 qram heroin, 0,777 qram metamfetamin aşkar olunaraq götürülüb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə