Uhandan təxliyə edilən vətəndaşlarımız Azərbaycana gəldi - MÜSAHİBƏ, VİDEO, FOTO, YENİLƏNİB 3

Uhandan təxliyə edilən vətəndaşlarımız Azərbaycana gəldi - MÜSAHİBƏ, VİDEO, FOTO, YENİLƏNİB 3

Çinin Uhan şəhərindən Türkiyəyə təxliyə olunmuş altı azərbaycanlı vətənə qayıdıblar.

 

***

14:35

Uhandan Türkiyəyə təxliyə edilən vətəndaşlarımız Azərbaycana yola salınıb.

***

Yanvar ayının 31-də Uhandan Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının Ankaradakı Zəkai Tahir Burak Xəstəxanasında olan karantin müddətləri artıq başa çatıb.

Bu gün onlar xəsətəxanadan evə buraxılıblar.

Çindən təxliyyə edilən vətəndaşlarımızla bağlı ilk gündən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığı olmuşdu. Səfirlik tərəfindən bu tapşırığa əsasən vətəndaşlarımızın Türkiyədə olduğu bu müddət ərzində mütəmadi olaraq onlarla əlaqə yaradılıb və bütün istəkləri vaxtında yerinə yetirilib.

Bu gün başda səfir Xəzər İbrahim olmaqla Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları tərəfindən vətəndaşlarımızla ümumi görüş keçirilib və onlar Azərbaycana yola salınır.

REAL-ın TÜRKİYƏ BÜROSU

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə