Sabah dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək

Sabah dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 16 fevral 2020-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Mərkəzdən APA-ya verilən xəbərə görə, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 446, BB qrupu üzrə 1410, ümumilikdə isə 1856 namizəd  qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər