Autizmli uşaqların cəmiyyətə inteqrasiya imkanları artırılmalıdır - Anar Kərimov

Autizmli uşaqların cəmiyyətə inteqrasiya imkanları artırılmalıdır - Anar Kərimov

Autizmli uşaqların cəmiyyətə inteqrasiya imkanları artırılmalıdır.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli fərdlər” Konqresində çıxışı zamanı deyib.

O bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqətin göstərilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir: "Xüsusi ehtiyacı olan uşaqlar arasında autizmli uşaqlar da xüsusi yer tutur. Belə uşaqların sosial reabilitasiyası üçün mühüm tədbirlər həyata keçirilir. Ötən dövr ərzində internat və uşaq evlərinin inkişafı layihələri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 və 2 saylı Sosial Xidmət müəssisələrində 300-ə yaxın uşağın xidmət alması üçün şərait yaradılıb".

A.Kərimovun sözlərinə əsasən, uşaqların yeni reabilitasiya və bərpa mərkəzləri yaradılıb: "Burada il ərzində 300-ə yaxın uşaq, o cümlədən auditizmli uşaq sosial reabilitasiya xidmətlərindən faydalanır. Bu müəssisələrdə onlara psixoloq, əmək terapevti, özünə qulluq xidmətləri göstərilir".

2019-cu ildə ölkədə həyata keçirilən sosial layihələrin sayının daha da artdığını söyləyən nazir müavini bildirib ki, ötən il ərzində bu layihələrdən təxminən 9000 şəxs, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar bəhrələnib: "Keçən il göstərilən sosial xidmətlər arasında autizmli uşaqlara göstərilən qayğı xüsusi rol oynayır. Ötən dövr ərzində autizmli uşaqlar üçün ayrıca layihə həyata keçirilib. Bu layihədə 800-dən çox uşaq iştirak edib. Çox faydalı olan bu layihənin 2020-2021-ci illərdə də davam etdirilməsi nəzərdə tutulur. Bu layihə çərçivəsində uşaqlar psixososial reabilitasiya, fizioterapevtik müalicə və müayinə xidmətlərini, sosial inteqrasiyaya, nevropatoloq məsləhətlərinə xüsusi önəm verilib".

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə