Triatlonçumuz ən yaxşılar arasında - VİDEO, YENİLƏNİB

Triatlonçumuz ən yaxşılar arasında - VİDEO, YENİLƏNİB
Minskdə Avropa Triatlon Federasiyaları prezidentlərinin konfransı keçirilir

Belarusun Minsk şəhərində Avropa Triatlon Federasiyaları prezidentlərinin sayca 15-ci konfransı keçirilir.

Beynəlxalq Triatlon Federasiyasının bu idman növünün inkişafı ilə bağlı açıqladığı hesabatda Azərbaycan triatlon üzrə inkişaf etməkdə olan ölkələr arasında ön sıralarda qərarlaşıb.

Beynəlxalq Triatlon Federasiyasının prezidenti Marisol Kasado çıxışında yeniliklərə toxunaraq bildirdi ki, Tokio Yay Olimpiya oyunlarında ilk dəfə olaraq estafet üzrə yarışlar da keçiriləcək. Triatlonda yeniliyin bununla bitmədiyini bildirən prezident, 4 ildən sonra, Fransada gerçəkləşəcək Olimpiya oyunlarında idmançıların ilk dəfə super sprint kateqoriyasında da medal uğrunda mübarizəyə qoşula biləcəklərini bildirib.

Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov Avropa ölkələrinin triatlon federasiyaları prezidentlərinə ölkəmizdə bu idman növündə görülmüş işlərlə bağlı məlumat verərkən ilk olaraq triatlonun respublikamızda daha geniş yayılması üçün atılan addımlar və son illərdə qazanılan uğurlardan danışıb.

Bu gün axşam saatlarında isə 2019-cu ilin ən yaxşı triatlonçusunun adına aydınlıq gələcək. Mükafata 3 namizəd arasında Azərbaycan təmsilçisi də var. Belə ki, ötən ilin ən yaxşısı adına iddialılar arasında millimizin üzvü Rosteslav Pevtsov da var.

Qeyd edək ki, Konfransda Belarusun İdman və turizm naziri Sergey Kovalçuk, Avropa Triatlon Federasiyasının prezidenti Renato Bertrandi və bu idman növünə cavabdeh digər rəsmilər də iştirak edir.

***

11:41

REAL-ın əməkdaşı Belarusun paytaxtı Minskdən ən son məlumatları çatdırıb.

Minskdə Avropa Triatlon Federasiyaları prezidentlərinin sayca 15-ci konfransı keçirilir.

Konfransın girişi 2019-cu ildə triatlonda əldə olunan uğurlar, yeniliklərlə başlayıb.

Konfransda Belarusun Gənclər və İdman naziri çıxış edib, daha sonra isə federasiya prezidentlərinə söz verilib.

Azəraycanı hazırki tədbirdə Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov təmsil edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə