Ötən il 700 min tut tingi əkilib - VİDEO

Ötən il 700 min tut tingi əkilib - VİDEO
ETSN tut tinglərinin keyfiyyəti ilə bağlı iddialara aydınlıq gətirdi

Ölkə başçısının tapşırığına əsasən baramaçılığın inkişafı ilə əlaqədar ötən il ərzində Ekologiya və təbii sərvətlər nazirliyi tərəfindən 700 mindən çox tut tingi regionlara göndərilib. Bunu Reala açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirdi.

Firdovsi Əliyev nazirlik tərəfindən regionlara göndərilən tut tinglərinin keyfiyyəti ilə bağlı səsləndirilən iddialara da aydınlıq gətirdi. O bildirdi ki, burada hər şey tingin becərilmə prosesindən asılıdır, əgər ona düzgün qulluq edilməsə təbii ki, quruya bilər.

Bundan başqa Firdovsi Əliyev ETSN-nin bütün qurumlara tinglərin əkilməsi və becərilməsi ilə bağlı metodik yardım göstərməyə hazır olduğunu bildirdi.

Digər xəbərlər
Bu gün
Dünən