Avropa Azərbaycan qazını gözləyir - VİDEO

Avropa Azərbaycan qazını gözləyir - VİDEO
Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edəcək

Ötən il ölkəmiz və düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olub. Çünki biz tərəfdaşlarımızla birlikdə artıq Türkiyə-Yunanıstan sərhədinə çatan, əsas qaz kəməri olan TANAP-ı uğurla başa çatdırdıq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb.

Bu sözləri Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edərkən deyib.

Prezident layihənin sonuncu seqmentinə də toxunub və bildirib ki, TAP layihəsi bu ilin sonunda tamamlanacaq: "Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək. Bu, regionumuzda əsas infrastruktur layihələrindən biridir. Bu, əlbəttə ki, bizim üçün, tərəfdaşlarımız üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir".

Prezident əlavə edib ki, Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur. Buna görə də Avropa İttifaqı ona güclü dəstək verir. Bu səbəbdən də yekun tamamlanma işlərinin bu ilin sonunadək olacağına baxmayaraq, biz Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik". sitatın sonu.

İqtisadçı ekspert İlham Şaban deyir ki, Azərbaycan Münhendə, enerji təhlükəsizliyi ilə bağlı platformadan yetərincə istifadə etdi və 2020-ci ildə Avropa bazarına qaz ixrac etməklə bağlı niyyətini hər kəsə çatdırdı.

Qeyd edək ki, Növbəti dövr üçün görüləcək işləri planlaşdırmaq məqsədilə Fevralın sonunda Bakıda ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçiriləcək. Qeyd edək ki, Cənub Qaz Dəhlizi yeddi ölkəni - Azərbaycan, Türkiyə,

Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi isə - Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya - öz ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq Anlaşma Memorandumu imzalayıblar.

Digər xəbərlər
Bu gün
Dünən