Yeniyetmə cüdoçularımız İspaniyada altı medal qazanıblar - FOTO

Yeniyetmə cüdoçularımız İspaniyada altı medal qazanıblar - FOTO

 

İspaniyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı start götürüb.

Real Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, beynəlxalq turnirin ilk günündə millimiz hesabına altı medal yazdırıb.

Oğlanların mübarizəsində Sahib Babayev (50 kq) bütün rəqiblərini məğlub edərək Avropa kubokunu qazanıb. Bu çəkidə yarışan İslam Rəhimov və 55 kq çəki dərəcəsində mübarizə aparan Samir Piriyev yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətləniblər.

55 kq-da ölkəmizi təmsil edən Qədir Hüseynov bürünc medala sahib olub.

Qızların yarışında isə Səbinə Əliyeva (48 kq) gümüş, Səbinə Qədirova (52 kq) bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan cüdoçuları Fuengirola turnirinin ilk günündə 1 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar. Qeyd edək ki, İspaniyada 23 ölkədə 500 cüdoçu (297 oğlan, 203 qız) mübarizə aparır.

Digər xəbərlər
Bu gün
Dünən