Nigeriyada silahlıların hücumu zamanı azı 30 insan həlak olub

Nigeriyada silahlıların hücumu zamanı azı 30 insan həlak olub

Nigeriyada silahlılar iki kəndə hücum edib.

“Report” xəbər verir ki, bu barədə yerli “Punch” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalındakı Kaçin ştatında baş verib. Quldurların kəndlərə hücumu nəticəsində azı 30 insan həlak olub. Qeyd edilir ki, onların əksəriyyəti qocalar və uşaqlardır.

Hazırda yaralılar təhlükəsizlik qüvvələri və polis tərəfindən mühafizə edilir.

Xatırladaq ki, Nigeriyada “Boko Haram” qruplaşması fəaliyyət göstərir. 

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər