Berlində Atışma - VİDEO

Berlində Atışma - VİDEO
Hadisə zamanı 1 nəfər ölüb,4 nəfər yaralanıb

Almaniyanın paytaxtı Berlində atışma olub.

Bu barədə “Local” portalı polisin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Kroyçberq rayonunda, "Güldür Güldür Şou" türk komediya şousunun yerləşdiyi konsert idman zalının yaxınlığında qeydə alınıb.

Hadisə zamanı 1 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Atışma zamanı öldürülən şəxs 42 yaşlı kişidir. Məlumata görə, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Polis hesab edir ki, atəş açanlar bir neçə nəfər olub. Cinayətkarlar hadisə yerindən qaçaraq gizlənib.

Əraziyə 200-dək polis əməkdaşı cəlb edilib. Təhqiqat aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən