Şoranlıqda “Made Azerbaijan” brendi, VİDEO

Şoranlıqda “Made Azerbaijan” brendi, VİDEO
Ötən ilin “ixrac çempionu” pomidor olub

2019-cu il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına pomidor liderlik edib. Ötən il 189,3 milyon ABŞ dolları dəyərində pomidor ixrac ediıib. Pomidor qızıl və qabığı təmizlənmiş meşə fındığını qabaqlayıb.

Azərbaycanın əsas pomidor ixracatçılarından biri Kürdəmirdə fəaliyyət göstərən “Kurdəmir Agro” MMC-dir.

Rayonun Muradxan kəndi ərazisində fəaliyyət göstərən “Kurdəmir Agro” müəssisəsi 5 hektar ərazidə pomidor istixanası qurub. Müasir texnologiyalarla qurulan istixanın 70-dən çox işçisi var. Gələcəkdə yeni sektorlara da investisiya qoymağı düşünən sahibkarlar işçilərin sayını bir neçə dəfə artırmağı planlaşdırılır.

Müəssisənin fəaliyyəti yalnız istixana ilə bitmir. 500 hektara yaxın torpaq ərazisində müxtəlif işlər qurmağa çalışan “Kurdəmir Agro” ötən yığım mövsümündə taxılçılıqla da məşğul olub. Gələcəkdə isə kahı istehsalına və heyvandarlığa yönəlməyi planlaşdırır.

“Kürdəmir aqro” ötən il təkcə Rusiyaya 1200 ton pomidor, 50 ton çiyələk ixrac edib. Müəssisənin rəhbəri, iş adamı Zaur Əmirovun verdiyi məlumata görə, bu il ixrac həcminin artırılması planlaşdırılır.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər