Aygün Attar: “Biz bütün hallarda dövlətimizin tərəfdarıyıq!“

Aygün Attar: “Biz bütün hallarda dövlətimizin tərəfdarıyıq!“

Münhendə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana tarix, siyasət, hüquq və insanlıq dərsi verdi.

Aldığı zərbədən sarsılan Dağlı Qarabaq Azərbaycanın torpağıdır etirafını elədikdən sonra həmişəki erməni yalanı ilə öz dediyini inkar edən Paşinyana dünyanın gözü qarşısında həddini bildirən, "Dağlıq Qarabağ Azərbaycanın bir parçasıdır və Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanımaqdadır" deyən cənab Əliyevi alqışlayırıq və onu sonadək dəstəkləyirik.

Azərbaycanın milli mənafeyi naminə biz bütün hallarda dövlətimizin tərəfdarıyıq!

Azərbaycanın daxili məsələrini xaricə çıxararaq, orada Azərbaycanı Ermənistana şikayət edən Paşinyandan mədət gözləyən torpaqlarımızın mübarizəsini aparan Azərbaycan Prezidentinə xaricə etiraz edənlərdən fərqli olaraq terrorçu Ermənistanı və onları dəstəkləyənləri lənətləyir.

Qarabağ həqiqətini ən gözəl şəkildə sənədlərlə ATƏT-in Minsk Qrupu başda olmaqla riyakar siyasət aparan Qərb dünyasının üzünə üstəlik Avropada sərt şəkildə çırpan Azərbaycan Prezidentini alqışlıyıram.

 

Prof. Dr. Aygün Attar

Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun sədri

Digər xəbərlər
Dünən

Bütün xəbərlər