Triatlonçumuzun tarixi uğuru - VİDEO

Triatlonçumuzun tarixi uğuru - VİDEO
R.Pevtsov Avropanın ən yaxşısı seçildi

Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa Triatlon İttifaqının sayca 15-ci konfransı Azərbaycan idmançısının ilin ən yaxşısı seçilməsi ilə yekunlaşdı.

2016-cı ildə Avropa kubokunun qalibi, iki dəfə Dünya Kuboklarında nəticələri ilə fərqlənmiş Rostislav Pevstov bu dəfə fəxri kürsüdə deyil, fəxri səhnədə yer aldı.

Ümumdünya Çimərlik Oyunlarının qalibi Rostislav Pevtsov Sem Dikons və Ben Diykstarı geridə qoyaraq ali mükafata yiyələndi. Avropa ölkələri təmsilçiləri arasında bu qələbənin sevincini yaşamaq həqiqətən qürurverici idi.

Əlbəttə ki, bundan sonra Pevtsovdan Olimpiadada medal gözləməyə dəyər. Əsas odur ki, idmançı öz gücünə inanır. O ki qaldı konfransın yekunlarına.

Beləliklə Azərbaycan idmanı Rostislav Pevtsovun şəxsində Avropada növbəti uğurunu qazandı. İnanırıq ki, idmançımız bu qələbə zəncirini köhnə qitədən, gündoğar Yaponiya adalarına kimi daşıyacaq.

Mehman Rəsulov - Minsk Belarus.

Digər xəbərlər
Bu gün
Dünən