Gədəbəydə yol qəzasında 49 yaşlı kişinin ayaqları sındı

Gədəbəydə yol qəzasında 49 yaşlı kişinin ayaqları sındı

Gədəbəy rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1971-ci il təvəllüdlü Rüstəmov Xəyyam Təhməz oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Gəncədə yerləşən dövlət xəstəxanalarının birinə yerləşdirilib. Lakin, həkimlərin ümumi rəyindən sonra Bakıya göndərilib.

Həkim müayinəsi zamanı ona hər iki ayağının sınığı və döş qəfəsinin küt travması diaqnozu qoyulub. 49 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən