Azərbaycanda aqrar sahədə Almaniya təcrübəsi tətbiq ediləcək

Azərbaycanda aqrar sahədə Almaniya təcrübəsi tətbiq ediləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutu Almaniyanın “Syngenta” şirkəti ilə əməkdaşlıq edəcək.

Bu barədə “Report” Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən xəbər verir.

Məlumata görə, əməkdaşlığın istiqamətlərini müəyyən etmək üçün institutda şirkətin nümayəndəsi ilə görüş keçirilib. “Syngenta”nın elmi tədqiqatlara böyük əhəmiyyət verdiyini deyən Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu Rasim Zamanov buğda, arpa, qarğıdalı və soya bitkisi, bu bitkilərin yerli iqlim amillərinə uyğunlaşması, bioloji sort xüsusiyyətlərinin yaxşılaşdırılması istiqamətində birgə əməkdaşlığın mümkünlüyünü bildirib. O deyib ki, şirkət fermer və kənd təsərrüfatı idarələri ilə sıx əlaqə yaradaraq onlara müasir əkinçilik mədəniyyəti, texnologiyalarla düzgün iş qaydası, resurslara qənaət edərək məhsuldarlığın artırılması ilə bağlı məsləhətlər verir.

Qeyd edilib ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev çıxış edərək ölkənin təlabatına uyğun əhəmiyyətli bitkilərin birgə seleksiya işlərinin təşkili, yeni tezyetişən sortların yaradılması, gübrələrin tətbiqi istiqamətində tədqiqatların aparılması ilə bağlı təkliflərini irəli sürüblər.

İnstitut kollektivi ilə birgə aparılmış müzakirədə kadr hazırlığına xüsusi diqqət yetirilməsi təklif olunub və ixtisaslı gənc kadrların Almaniyada təcrübə keçmələrinin təşkili qərara alınıb. Görüşdə vurğulanıb ki, gələcəkdə Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığı aqrar sahəyə öz bəhrəsini verəcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər