Mütəllibovdan Paşinyana cavab - VİDEO

Mütəllibovdan Paşinyana cavab - VİDEO
“Paşinyanın sözlərinin real əsası yoxdur. O, yalan danışır"

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Ermənistanın baş naziri Nikol Paşinyana cavab verib. O, Reala verdiyi eksklüziv müsahibəsində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrdə Ermənistanın baş nazirinin Xocalı soyqırımı ilə bağlı danışarkən, ona “istinad" etməsini və sözügedən hadisəni azərbaycanlıların törətməsi ilə bağlı səsləndirdiyi iddiaları əsassız adlandırıb: Azərbaycanın eks-prezidenti “Paşinyanın sözlərinin real əsası yoxdur. O, yalan danışdı" deyərək əslində ermənilərin real vəziyyətin üzərinə kölgə salmağa çalışdığını bildirib:

Ayaz Mütəllibov deyir ki, Bu gün belə ifadələr işlətməklə erməni hakimiyyətinin məsuliyyətdən boyun qaçırması ağılsızlıqdır və gec- tez Dağlıq Qarabağ regionu Azərbaycanın digər əraziləri kimi Bakının yurisdiksiyasına daxil olmalıdır:

Ayaz Mütəllibovun sözlərinə görə, Paşinyanın hansısa jurnalistin nə vaxtsa “Arqumenti i Faktı” qəzetində dediklərinə istinad etməsi və bitməyən qanlı münaqişəni buna bağlamaq cəhdi nəinki məntiqi deyil, həm də qeyri-obyektivlikdir.

Ona görə də dəfələrlə demişəm ki, mən Paşinyanın ifadəsində məsələnin bu cür qoyuluşuna qarşıyam. Belə bir yüksək rütbəli şəxsin öz mühakiməsində diqqətli olması vacibdir. Eyni zamanda mətbuata istinad edərkən də diqqətli olmalıdır.

Ayaz Mütəllibov ermənistan hakimiyyəti tərəfindən onun ünvanına dəfələrlə belə ittihamların səsləndirildiyini və bunun yolverilməz olduğunu deyir.

O, Prezident İlham Əliyevin bu yalanlara faktlarla cavab verdiyini və Paşinyanı susdurduğunu da sözlərinə əlavə etdi.

Digər xəbərlər
Bu gün
Dünən