2 medal və 1 lisenziya - FOTOLAR, YENİLƏNİB (VİDEO)

2 medal və 1 lisenziya - FOTOLAR, YENİLƏNİB (VİDEO)
R.Ağayev qızıl medal, İ.Zaretska isə "Tokio-2020"yə vəsiqə qazandı

Birləşmiş Ərəb Əmirliklərində Karate1 Premyer Liqa turnirinə yekun vurulub. Dubay şəhərində reallaşacaq yarışda milli komandamızın 2 üzvü medal qazanıb.

75 kq-da qüvvəsini sınayan Rafael Ağayev bütün rəqiblərinə qalib gələrək baş mükafata sahib çıxıb.

İrina Zaretska isə 68 kq çəki dərəcəsində bürünc medala layiq görülüb. Bununla da Zaretska, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da qazanmış olub. İrina 4 illiyin ən mötəbər yarışında 61 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Xatırladaq ki, mövsümün 2-ci mərhələsinə seçməmizin 14 üzvü qoşulub. Yarışda ümumilikdə 85 ölkədən 571 karateçi iştirak edib.

Seçməmizi qarşıda növbəti ciddi sınaq gözləyir. Karateçilərimiz fevralın 28-i, martın 1-i aralığında Avstriyada keçiriləcək Karate1 Premyer Liqa turnirində qüvvələrini sınayacaqlar. Zalsburq şəhərində reallaşacaq mövsümün üçüncü yarışı da Tokio-2020-yə lisenziya xarakteri daşıyacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər