Hibrid avtomobillərə keçid - VİDEO

 Hibrid avtomobillərə keçid - VİDEO
Hibrid avtomobillərə bazarda tələbat var

Dünyanın bir çox ölkəsində olduğu kimi, son zamanlar Azərbaycanda da hibrid mühərrikli avtomobillərə maraq artır.

Rəsmi dilerlər tərəfindən sıfırdan ölkəyə gətirilən avtomobillər olsa da, üstünlüyü Gürcüstandan idxal olunan ikinci əl hibrid mühərrikli avtomobillər təşkil edir. Hibrid avtomobilləri iki enerji mənbəyini – benzin mühərrikini və elektrik motorunu özündə birləşdirdiyindən “Hibrid-elektrik” avtomobilləri kimi tanınır. Ekoloji cəhətdən də təmiz olan bu avtomobillər yanacaq qənaəti üçün də idealdır. Belə ki, hibrid mühərrikli avtomobil şəhər rejimində 4-5 litr yanacaq sərf edir.

Hibrit maşınlara bazarda da hər addım başı rast gəlmək olur.

Bəs görəsən bu avtomobillərin təmiri, ehtiyyat hissələri ilə bağlı Azərbaycanda vəziyyət necədir?

Hibrit maşınların satıcısı ehtiyyat hissələrinin asanlıqla tapıldığını lakin, Gürcüstanla nisbətdə Azərbaycanda nisbətən baha olduğunu bildirdi.

Usta çatışmazlığına gəlincə isə,burada da internet dadınıza çatacaq. Lakin, hibrit maşınlar ölkəyə yeni-yeni gətirildiyindən, hər zaman əsl usta ilə qarşılaşmaya bilərsiz. Bəzən də,əsl ustaların da işi düyünə düşür. Belə ki,ikinci əl hibrit maşınları alarkən diqqqətli olmayan insanlar, maşının "dərdi" tapılmayanda ustada günah görürlər. Və yaxud da, detal alarkən aldanırlar...

"Alım yoxsa almayım "deyib, gütür-qoy edənlərə də məsləhət verən usta,bu maşınların ən həssas cəhətini də izah etdi.

Ustanın bu sözləri, bir çox mətləblərdən xəbər verir

Qısaca, hibrit avtomobili almaq istəyirsinizsə, onun hər xəbərdarlığında birbaş ustanın yolunu tutmalısız. Maşının bütün xəbərdaredici işıqlarına məhəl qoynmayıb onu son nəfəsinə qədər sürürsüzsə, hibrit maşın sizə görə deyil.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər