MSK-ya 177 müraciət daxil olub - VİDEO

MSK-ya 177 müraciət daxil olub - VİDEO
İclasda 42 müraciətə baxılıb

Mərkəzi seçki komissiyasına 177 müraciət daxil olub. Onlardan 139-na artıq baxılıb. Bunu komissiyanın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirdi.

Bu gün keçirilən iclasda bəzi seçki dairələrindən deputatlığa namizədlərin səsvermənin nəticələri ilə bağlı 42 şikayətinə baxılıb.

Bundan başqa iclasda 88 saylı Göyçay, 46 saylı Şirvan, 54 saylı Qusar, 42 saylı Sumqayıt ikinci seçki dairələrindən edilmiş şikayətlərin baxılması üçün dairə seçki komissiyalarına göndərilməsinə barədə qərar verilib.

Mərkəzi Seçki Komissiyası bu günə qədər 68 Dairə Seçki Komissiyasının 179 seçki məntəqəsi üzrə 385 videogörüntünü araşdırıb.

Həmçinin Mərkəzi Seçki komissiyasının bu gün keçirilən iclasında 34 saylı Xətai ikinci seçki dairəsindən qeydə alınmış namizədlərin şikayətləri dinlənilib. Namizədlərin şikayətləri araşdırılıb və onların nəticələrin ləğvi haqqında müraciəti əsaslı hesab edilib.

Beləliklə həmin seçki dairəsindən 1, 2, 3, 4, 18, 35 və 38 saylı seçki məntəqlərinin nəticələri ləğv edilib. Lakin bu məntəqələrdə nəticələrin ləğvi ümumilikdə seçki dairəsinin nəticələrinin ləğvinə səbəb olmayıb. Qeyd edək ki, 34 saylı Xətai ikinci seçki dairəsindən lider namizəd Mixail Zabelindir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər