“Mançester Yunayted” səfərdə “Çelsi”ni məğlub edib

“Mançester Yunayted” səfərdə “Çelsi”ni məğlub edib

İngiltərə Premyer Liqasının 26-cı tutu çərçivəsində “Çelsi” “Mançester Yunayted”i qəbul edib.

“Report” xəbər verir ki, qarşılaşma “Stemford Bric” stadionunda baş tutub və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab birinci hissənin 45-ci dəqiqəsində açılıb. Antoni Marsyal qonaq komandanın ilk qolunu vurub. Matçın 66-cı dəqiqəsində Qarri Maquayr “qırmızı şeytanlar”ın hesabdakı üstünlüyünü artırıb.

Qeyd edək ki, “Çelsi”nin vurduğu 2 qol VAR baxışından sonra hesaba alınmayıb. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər