Ceff Bezos “Yer fondu”nun yaradıldığını elan edib

Ceff Bezos “Yer fondu”nun yaradıldığını elan edib

Amerikalı milyarder, “Amazon” şirkətinin rəhbəri və yaradıcısı Ceff Bezos iqlim dəyişikliyinə qarşı mübarizə üçün “Yer fondu”nun yaradıldığını elan edib. O, İnstaqram səhifəsində fondun fəaliyyətinə 10 milyard dollar ayıracağını yazıb. Qeyd edib ki, qrant bu yaydan ayrılacaq. Yer kürəsi bizi bir arayan gətirən yeganə məkandır. Gəlin onu bir yerdə qoruyaq.

Milyarder deyib ki, alimlərin, ekofəalların, qeyri-hökumət təşkilatlarının ətraf mühitin qorunub saxlanmasına yönələn fəaliyyəti bu təşəbbüs çərçivəsində maliyyələşəcək. İqlim dəyişikliyi planetimiz üçün ən böyük təhlükədir. Əgər iri və kiçik şirkətlər, dövlətlər, beynəlxalq təşkilatlar, sadə insanlar bir yerdə işləsələr, biz Yeri xilas edə bilərik.

“Bloomberg” agentliyinin məlumatına görə, Ceff Bezosun sərvəti təxminən 130 milyard dəyərindədir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən