Yüzlərlə Amerikalı vətəninə qayıdıb - FOTOLAR

Yüzlərlə Amerikalı vətəninə qayıdıb - FOTOLAR

Yaponiyanın “Diamond Princess” gəmisində 2 həftə karantində saxlanıldıqdan sonra 300-dən artıq amerikalı vətəninə qayıdıb. ABŞ həmin sərnişinləri təyyarələrlə hərbi bazalarına gətirib.

Real “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu vətəndaşlardan 14-ündə koronavirus müəyyən olunub.

“Diamond Princess” gəmisində ümumilikdə 400-dən çox koronavirusa yoluxma halı qeydə alınıb. Bu isə Çindən kənarda aşkarlanmış ən yüksək göstəricidir.

Amerikalı sərnişinləri gətirən təyyarələrdən biri Texas ştatının San Antonio şəhərindəki hərbi bazaya, digəri isə Kaliforniya ştatındakı “Travis” adlı Hərbi Hava Qüvvələrinin bazasına eniş edib. Burada onları yoluxmaya qarşı xüsusi kostyum geyinmiş bir qrup həkim qarşılayıb.

Qeyd edək ki, Çində bu virusdan 1772 nəfər, digər ölkələrdə isə 5 nəfər həyatını itirib. Həmçinin, Çində 70 635 nəfərdə bu virusa yoluxma halı qeydə alınıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən