Parisdə etiraz aksiyaları davam edir - VİDEO

Parisdə etiraz aksiyaları davam edir - VİDEO
Nümayişçilər prezident əleyhinə şüarlar səsləndiriblər

Parisdə hökumətin təqdim etdiyi təqaüd islahatı layihəsinə qarşı daha bir kütləvi etiraz aksiyası başlayıb.

Opera Qarnyedən qanun layihəsinin müzakirə olunacağı Milli Assambleyaya doğru yürüş edən nümayişçilər “Makron, rədd ol!”, “İctimai tənəzzülü müzakirə etməzlər, ortadan qaldırarlar!” yazılan şüarlar daşıyırlar.

Xatırladaq ki, bəzi işçi təbəqələri üçün imtiyazlardan imtina edərək universal təqaüd sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsi artıq parlamentin aşağı palatasının xüsusi
komissiyasına təqdim olunub. Layihəyə indiyədək 22 minədək düzəliş edilib.

Digər xəbərlər
Bu gün
Dünən