“Sədərək” Ticarət Mərkəzində yanğın söndürülüb - FOTO, VİDEO, YENİLƏNİB

“Sədərək” Ticarət Mərkəzində yanğın söndürülüb - FOTO, VİDEO, YENİLƏNİB
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqada cəlb olunub

Lökbatan qəsəbəsində “Sədərək” Ticarət Mərkəzində səhər saatlarından baş verən yanğın artıq söndürülüb.

Fövqəladə Hallar Nazirliyinə yanğın barədə məlumat səhər saat 07:39-daxil olub. 

Nazirliyin Dölət Yanğından Mühafizə xidmətinin və Xisusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. 

***

08:20

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqada cəlb olunub

Bu dəqiqəyə qədər “Sədərək” Ticarət Mərkəzində 1 000 kvadratmetrdən çox ərazi yanıb.

REAL-ın xəbərinə görə, yanğınsöndürmə işləri davam etdirilir. 

Hadisə yerinə helikopter də cəlb olunub.


***

Xəbərə video əlavə olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı açıqlama yayıb.

REAL-ın xəbərinə görə, açıqlamada bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


*** 08:07

“Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

REAL-ın məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb. 

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb. 

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər