Misrəddin İsgəndərov “Caspian Cup” festivalında liderliyə yüksəlib

Misrəddin İsgəndərov “Caspian Cup” festivalında liderliyə yüksəlib

Fevralın 18-də Azərbaycan şahmatçıları İranın Rəşt şəhərində keçirilən 18-ci “Caspian Cup” festivalında yeddinci turun oyunlarında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, festivalın A (masters) turnirində mübarizə aparan şahmatçılarımızdan Misrəddin İsgəndərov 6,5 xal toplayaraq liderliyə yüksəlib. Digər şahmatçılarımız Vüqar Rəsulov və Azər Mirzəyev 5,5 xalla səkkiz və doqquzuncu yerlərdə qərarlaşıblar.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər