“Canlı Həyat” (VİDEO)

“Canlı Həyat” (VİDEO)
Ekspozisiyada 200-dən çox əsər yer alıb

Təbiətin yaşamamız üçün bizə vəd etdiyi nemətlər saymaqla bitmir.

Dənizlər, okeanlar və çaylar bizi dəniz məhsulları ilə, bitkilər oksigenlə təmin edir,faydalı qazıntılar enerji mənbələrinə olan ehtiyyacımızı ödəyir. Biz insanların üzərinə düşən öhdəlik də bu nemətlərdən qənaətlə və düzgün şəkildə istifadə etməkdir.

İndi isə qeyd etdiyim məsələdə incəsənətin rolundan danışacıq.Heydər Əliyev Mərkəzində 28 sentyabr 2018-ci il tarixindən nümayiş olunan sərgidən söhbət edək. “Live Life” -Canlı Həyat

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilib.

Burda sərgilənən əsərlər təbiətin əhəmiyyətindən, insan amilinin təbiətin qorunmasında oynadığı roldan xəbər verir.

Ekspozisiyaya Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan rəssamları Məryəm Ələkbərli, Ayləl Heydərova, Nailə Sultan, Rəhim Çopurov, Timur Özdəmirovun əsərləri daxildir və onlar sərginin təqdim olunduğu bütün şəhərlərdə nümayiş olunub.

Heydər Əliyev Mərkəzindəki sərgidə, həmçinin yerli rəssamlar Vasif Nəcəfzadə və Xəzər Nəbiyevin əsərləri təqdim edilir. Suriyada anadan olmuş akademik rəssam Andreas Əl Çreiki, Devid “Dante” Mçedlişvili (Gürcüstan), Viktor Semyonov (Rusiya), Cennifer Uestcon (Fransa) və Sabina Burmester (Almaniya) də Bakı sərgisinə qoşulub.

REAL
 

Digər xəbərlər
Bu gün
Dünən